Bioqrafiya
Haqqımda
Yazıçı, jurnalist və PR strateg — sözün, mediaın və kommunikasiyanın kəsişməsində 15 ildən artıq təcrübə.
Dil, media və strategiya — yaradıcılıqdan korporativ kommunikasiyaya uzanan bir yol.
Mən, Rübabə Sahib Qasımova, 7 yanvar 1989-cu ildə Tovuz rayonunda doğulmuşam. ADPU filologiya fakültəsində təhsil almış, müxbir, redaktor və publisist kimi fəaliyyət göstərmişəm.
2013-cü ildə «İMZA» adlı ilk şeirlər kitabım çap olunub. 2014-cü ildə Azərbaycan Yazıçıları Birliyinin üzvü seçilmiş, eyni ildə Fəxri təqaüdə layiq görülmüşəm.
Türkel TV-də müxbir-aparıcı və redaktor, Energetika Nazirliyində mətbuat katibi, «Azərbaycan Media İnkişaf Mərkəzi»nin təsisçisi və rəhbəri olmuşam. REDNEWS.AZ xəbər portalının təsisçi və baş redaktoruyam.
Beynəlxalq dərəcəli təlimçiyəm; NLP və PR mövzularında konfransların iştirakçısı və təlimçisiyəm. 2026-cu ilin martında «DOLUNAY» adlı ikinci şeir kitabım Kərkük Kültür Dərnəyi tərəfindən çap olunub.
Hazırda Türkiyədə yaşayıram. Ailəliyəm — Ahumelek adlı qızım var.
Nəşrlər
Rəqəmlərlə
Rəqəmlərlə
Sertifikatlar